Xəbər lenti

Mask nüvə hücumu qorxusundan Krım yaxınlığında
Texnologiya 18:50 07.09.2023

Mask nüvə hücumu qorxusundan Krım yaxınlığında "Starlink"i söndürüb - CNN

Amerikalı iş adamı İlon Mask gizli şəkildə işçilərə Ukrayna hərbçilərinin Rusiya donanmasına hücumlarının qarşısını almaq üçün 2022-ci ildə Krım sahilləri yaxınlığında "Starlink" peyklərini söndürməyi tapşırıb. Mask qorxub ki, uğurlu hücum olacağı təqdirdə Rusiya nüvə silahından istifadə edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN biznesmenin Valter Ayzekson tərəfindən yazılmış "İlon Mask” tərcümeyi-halına istinadən məlumat verib.

Kitabda deyildiyi kimi, Ukraynanın sualtı pilotsuz aparatları Rusiya donanmasına yaxınlaşdıqda, onlar "rabitəni itirirdilər və heç bir zərər vermədən sahilə çıxırdılar”.

İlon Mask Starlink-in söndürülməsini Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivan, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli və Rusiyanın ABŞ-dakı səfiri ilə müzakirə edib. Ukrayna baş nazirinin müavini Mixail Fyodorov da Maska məktub yazıb və "ona sualtı pilotsuz aparatlar üçün rabitəni bərpa etməsini xahiş edib”.

İlon Mask Rusiyanın yüksək rütbəli rəsmiləri ilə söhbətlərdən sonra Krıma uğurlu hücuma cavab olaraq Rusiyanın nüvə silahından istifadə edə biləcəyindən qorxmağa başlayıb. Bununla belə, kitabda qeyd edilir ki, Maskın "mini-Perl Harbor”la bağlı qorxuları haqlı çıxmayıb. 

"Starlink" müharibələrdə döyüşmək üçün nəzərdə tutulmayıb. O, insanların "Netflix"ə baxa bilməsi, dincəlməsi, məktəbdə internetə qoşulması və dron zərbələri yerinə yaxşı dinc işlər görməsi üçün hazırlanıb”, - İlon Mask kitab üçün Valter Ayzeksona müsahibəsində deyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->