Xəbər lenti

İdman 17:31 04.08.2023

Mbappe üçün daha bir elçi - Bu dəfə İngiltərə Premyer Liqasından

PSJ-dəki taleyi qeyri-müəyyən olan fransız ulduz üçün "Çelsi" hərəkətə keçib.

Qaynarinfo-nun məlumatına görə PSJ ilə yeni müqavilə imzalamayacağını açıqlayan və buna görə də heyətdən kənarlaşdırılan Mbappenin gələcəyi qeyri-müəyyən olsa da, İspaniya mətbuatından sürpriz iddia gəlib. Bu yay Kristofer Nkunku və Nikolas Ceksonu transfer edən "Çelsi" şərtlərin çətin olmasına baxmayaraq Mbappeni heyətinə qatmaq niyyətindədir. 

"Sport"da çıxan xəbərdə transferin ancaq icarə əsasında həyata keçirilə biləcəyi vurğulanıb və "Çelsi"nin sahibi Todd Boehlinin Mbappe üçün PSJ prezidenti Nasser Al-Xelaifi ilə görüşdüyü bildirilib.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->