Xəbər lenti

Siyasət 12:00 09.12.2023

Məhərrəm Əliyev işdən çıxarılıb səfir göndərildi (SƏRƏNCAM)

Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə general-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Prezident başqa bir sərəncamla Məhərrəm Əliyevi Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İlham Əliyev həmçinin Azərbaycanın Belarusdakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyevin geri çağırılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->