Xəbər lenti

Məhkəmə dələduzluqda ittiham edilən şəxsin günahsız olduğunu ortaya çıxardı
Ölkə 12:35 05.12.2025

Məhkəmə dələduzluqda ittiham edilən şəxsin günahsız olduğunu ortaya çıxardı

Səbail Rayon Məhkəməsində dialez xəstəsi olan tanışına böyrəyini köçürmək adı ilə dələduzluqda ittiham edilən Xəyyam Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, X. Məmmədovun əməlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığına görə ona bəraət verilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunub. 

İttihama görə, Xəyyam Məmmədov tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışının həyat yoldaşının dialez xəstəsi olduğunu bildikdən sonra ona 20 min manat müqabilində öz böyrəyinin köçürülməsini təmin edəcəyi barədə yalandan vəd verib. Pulu aldıqdan sonra isə vədinə əməl etməyib. 

Ona qarşı 178.2.4 maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->