Çeçenistanın paytaxtı Qroznıda "Qroznı-Siti” kompleksindəki hündürmərtəbəli binaya Ukrayna dronunun dəyməsi nəticəsində partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb. Onlar "Qroznı-Siti” kompleksində yerləşən çoxmərtəbəli ofis binasının zədələndiyini göstərən şəkillər
paylaşıblar. "Astra” teleqram-kanalının məlumatına görə, həmin binada Çeçenistan Təhlükəsizlik Şurası, Hesablama Palatası və Seçki Komissiyası yerləşir.
Kadrlarda bir neçə mərtəbəni əhatə edən bütün bir bölmənin şüşələnməsinin dağıldığı görünür. Zərbə ilə bağlı məlumatlar həmçinin çeçen müxalifət kanallarında da yayımlanır. Lakin Çeçenistan hakimiyyəti hər hansı hücum barədə rəsmi məlumat verməyib.
Eyni zamanda, dron hücumları təhlükəsi səbəbilə Qroz¬nı hava limanı, eləcə də Beslan və Maqas hava limanları bağlanıb.
Qeyd edək ki, dekabrın 5-nə keçən gecə dronlar Rusiyanın Krasnodar diyarındakı Temryuk limanına da zərbə endirib və nəticədə orada yanğın baş verib. Rus teleqram kanallarında yanacaq çənlərinin vurulduğu və yanğın yarandığı bildirilib.
Bundan əlavə, Sızran şəhərinin meri Sergey Volodçenkov şəhərin Ukrayna dronlarının hücumuna məruz qaldığını açıqlayıb. Teleqram kanallarında orada da yanğın baş verdiyini göstərən fotolar yayımlanıb. "Shot” kanalının məlumatına görə, sakinlər 5–7 partlayış və atəş səsləri eşidiblər.
Alpər
Şərhlər