Bakıda başqasının evinə girib qışqır-bağır salan şəxs həbs olunub.
Qaynarinfo Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Naməlum şəxs evlərdən birinin həyətinə daxil olaraq "bura mənimdir" deyərək bağırmağa başlayıb. Qorxuya düşən ev sahibi bu barədə polisə məlumat verib. Həmin şəxs saxlanılaraq, 13-cü Polis Şöbəsinə aparılıb. Məlumata görə, saxlanılan şəxs burada da sakit dayanmayıb və polisin qanuni tələbinə məhəl qoymayıb.
Şöbədə onun barəsində tərtib olunan protokollar baxılması üçün məhkəməyə göndərilib. İşin maraqlı tərəflərindən biri də məhkəmədə yaşanıb. Belə ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs məhkəmə zalında özünü normal aparmayıb, çölə çıxıb və özünü də tanımadığını deyərək ifadə verməkdən imtina edib.
Məhkəmənin qərarı ilə həmin şəxs 15 gün müddətinə həbs edilib.
Şərhlər