Xəbər lenti

Dünya 13:32 12.04.2024

Meksikada ABŞ və Venesuela rəsmiləri arasında gizli görüş keçirildi

ABŞ və Venesuelanın yüksək vəzifəli rəsmiləri çərşənbə axşamı Meksikanın paytaxtı Mexikoda gizli danışıqlar aparıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ prezidenti administrasiyasının nümayəndələri, o cümlədən ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi və Venesuela hökumətinin nümayəndələri, həmçinin Milli Assambleyanın sədri Xorxe Rodriges Meksikanın paytaxtında bir araya gəlib, Venesuela Bolivar Respublikasında seçkilərin keçirilməsi şərtlərini müzakirə ediblər. 

Qeyd olunur ki, görüş Vaşinqtonun neft, qaz və qızıl hasilatı sektorlarında rəsmi Karakasa qarşı sanksiyalarının mümkün bərpası tarixindən əvvəl baş tutub.

ABŞ Milli Təhlükəsizlik Şurası xəbərə şərh verməkdən imtina edib. Venesuelanın Rabitə və İnformasiya Nazirliyi isə "Bloomberg"in sorğusuna hələ cavab verməyib.

Bundan əvvəl Venesuela ABŞ Dövlət Departamentinin müxalifət üzvlərinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakına icazə verməməsi ilə bağlı ittihamlarını rədd edib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin kommünikesində deyilir.

Ölkənin xarici siyasət idarəsinin məlumatına görə, Amerika hakimiyyəti qarşıdan gələn prezident seçkilərinə məhəl qoymamağa və qeyri-legitim kimi tanımağa cəhd edib. Xarici İşlər Nazirliyi qeyd edib ki, Vaşinqton Venesuela rəhbərliyini tənqid etməklə yanaşı, 12-si müxalifəti təmsil edən 13 namizədin iştirakını minimuma endirməyə çalışır. Kommunikedə respublikanın bütün hüquqi və konstitusiya normalarına tam əməl etdiyi qeyd olunub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->