Xəbər lenti

Məşhur aktyorun beyni bağışlanacaq - Həyat yoldaşı qərar verdi
Dünya 22:55 24.12.2025

Məşhur aktyorun beyni bağışlanacaq - Həyat yoldaşı qərar verdi

2022-ci ildə frontotemporal demensiya (FTD) diaqnozu qoyulan dünya şöhrətli aktyor Brüs Uillisin həyat yoldaşı Emma Heminq Uillis aktyorun vəfatından sonra beyninin klinik tədqiqatlar üçün bağışlanacağını açıqlayıb.


Qaynarinfo xəbər verir ki, Hollivud filmləri və xüsusilə "Die Hard” ("Zor ölüm”) film seriyası ilə qlobal miqyasda tanınan Brüs Uillis uzun müddətdir demensiya xəstəliyi ilə mübarizə aparır.


Aktyorun həyat yoldaşı Emma Heminq Uillis bildirib ki, 2022-ci ildə frontotemporal demensiya diaqnozu qoyulan Brüs Uillisin beyninin elmi araşdırmalarda istifadə olunması məqsədilə bağışlanmasına qərar verilib.


Emma Heminq Uillis mövzu ilə bağlı açıqlamasında deyib: "Brüs Uillisin beynini vəfatından sonra beyin araşdırmaları üçün bağışlayacağam. Bu, çox çətin bir qərardır, lakin frontotemporal demensiyanın elmi baxımdan daha yaxşı anlaşılması üçün bunun vacib olduğunu düşünürəm”.


Frontotemporal demensiya beyin hüceyrələrinin zamanla degenerasiyaya uğramasına səbəb olan, şəxsiyyət dəyişiklikləri, obsesiv davranışlar və nitq pozuntuları ilə müşayiət edilən nevroloji xəstəlik kimi tanınır. Üç il əvvəl bu diaqnoz qoyulan "Emmi” və "Qızıl Qlobus” mükafatlı aktyorun hazırda 24 saatlıq peşəkar tibbi nəzarət altında olduğu bildirilir.


Məlumata görə, aktyor bəzən keçmişdə peşəkar aktyor fəaliyyəti ilə məşğul olduğunu belə xatırlamır.


Aydın

--> -->