Xəbər lenti

Messinin
İdman 17:38 04.11.2023

Messinin "Qızıl top" mükafatlandırmasında kimə səs verdiyi müəyyənləşdi

Argentinalı ulduz Lionel Messinin "Qızıl top" mükafatlandırmalarında 21 yaşa qədər olan futbolçulardan kimə səs verdiyi üzə çıxıb. 

Qaynarinfo-nun məlumatına görə, 21 yaşa qədər ən yaxşı oyunçuya verilən "Kopa Trophy"yə Cud Bellinqem layiq görülüb. Lakin karyerasında səkkizinci "Qızıl top"unu qazanan Lionel Messi heç də bu gəncə səs verməyib. Argentinalı superulduz "Kopa Trophy"də "Bavariya"nın gənc oyunçusu Camal Musialaya üç xal verərək onu birinci yerə layiq görüb. Messinin ikinci seçimi "Barselona"nın yetirməsi Pedri olub. O, ən sonda Cud Bellinqemə bir xal verməklə üçüncü yerə layiq görüb. 

Cud Bellinqem Fransa millisinin üzvü Kərim Benzema üçün də ilk seçim deyildi. "Real"ın keçmiş ulduzu Bellinqemi Kamavinqa və Pedridən sonra üçüncü yerə layiq görüb. Bununla belə, Zinəddin Zidan, Ronaldinyo, Luka Modriç, Luiş Fiqu, Ronaldo Nazario və bir çox başqa əfsanələrin ilk seçimi məhz Bellinqem olub.

"Kopa Trophy" səsverməsində keçmiş "Ballon d'Or" qaliblərindən ibarət münsiflər heyəti birinci seçimə üç, ikinci yerə iki və üçüncü pilləyə bir xal verərək qalibi müəyyən edir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->