Xəbər lenti

Metronun əvəzinə bu avtobuslar işləyəcək (SİYAHI/VİDEO)
Video 15:41 04.08.2026

Metronun əvəzinə bu avtobuslar işləyəcək (SİYAHI/VİDEO)

"Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində "28 May” və "Nizami” stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, "28 May” və "Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq  çətinliklər nəzərə alınaraq,  yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub.

Belə ki,  AYNA tərəfindən 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.

Yeni ekspres xətləri bunlardır:

- M1 – Metronun "Elmlər Akademiyası” və "28 May” stansiyaları arasında;

- M2 – Metronun "İnşaatçılar”, "Nizami” və "28 May” stansiyaları arasında;
Ətraflı
Ad - 00:03

- M3 – Metronun "20 Yanvar”, "Nizami” və "28 May” stansiyaları arasında;

- M4 – Metronun "20 Yanvar” və  "Koroğlu” stansiyaları arasında;

- M5 – Metronun "20 Yanvar” və  "Gənclik” stansiyaları arasında;

- M6 – Metronun "Elmlər Akademiyası” və  "Gənclik” stansiyaları arasında.

Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı aşağı salınacaq. Metronun bağlanması müddəti ərzində əlavə tələbat yaranacaq marşrutlarda avtobus sayının artırılması nəzərdə tutulur.

Sərnişinlər alternativ marşrutlar barədə məlumatı "AYNA MaaS” tətbiqi vasitəsilə də əldə edə bilərlər.

Layihənin icra müddətində metronun "28 May”, "20 Yanvar”, "İnşaatçılar” və  "Elmlər Akademiyası” stansiyalarının qarşısında könüllülər sərnişinlərə dəstək göstərəcəklər. 

Ətraflı videomaterialda:

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->