"MİDA” MMC Abşeron rayonunun Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının tikntisi ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Hünər-İnşaat” Firması seçilib. Tikinti işlərinə görə şirkətə 26 369 453 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə "Hünər-İnşaat” MMC 12 dekabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 7A, mənzil 136, məhəllə 1911-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Açıq mənbələrdə "Hünər-İnşaat” MMC haqqında heç bir məlumat yoxdur.
Yunis Nəbiyevə gəlincə, o, 2024-cü ilədək "6-cı mərtəbə” Müstəqil Şirkətinin rəhbəri olub.
Yeri gəlmişkən, "Hünər-İnşaat” MMC-nin təklifi ehtimal olunan qiymətdən 27 faiz azdır. Satınalma predmetinin ehtimal olunan qiyməti 36 311 571,28 manatdır. Qanunvericiliyə görə, təchizatçının qiymət təklifi ehtimal olunan qiymətdən 20 fazi az olarsa, o zaman təchizatçının təqdim etdiyi izahat və məlumatlar ciddi şəkildə təhlil edilməlidir. Adətən təklif ehtimal olunan qiymətdən 20 fazi az olanda təchizatçı tenderdən kənarlaşdırılır.
Seyid
Şərhlər