Xəbər lenti

Azərbaycanın məşhur idxalçı şirkətinin 17 milyon vergi borcu var
Ekonomiks 17:07 19.11.2025

Azərbaycanın məşhur idxalçı şirkətinin 17 milyon vergi borcu var

"Mazarina Trade Company" MMC xüsusilə külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin vergi borcu hazırda 17 516 103,32 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Mazarina Trade Company” MMC 12 may 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Bəşir Səfəroğlu ev 191, m 26-da yerləşir. 

"Mazarina Trade Company” MMC 2017-ci ilədək "Mazarina” MMC adı ilə fəaliyyət göstərib. 2017-ci ildə isə şirkət rebrendiq edib. 

"Mazarina” MMC "Gəncə Şərab-2” ASC ilə birlikdə şərab və digər alkoqollu məhsulların istehsalı və satışına başlayıb. 2001-ci ildən etibarən şirkət dünya istehsalçıları ilə müqavilələr imzalayıb və Azərbaycan bazarında mühüm yer tutub. 

Şirkətin saytında qeyd edilib ki, "Mazarina Trade Company”nin hədəfi Azərbaycanın distribütor və logistika bazarının ən böyük operatoru və Azərbaycanın əhəmiyyətli yerli idxalçısı olmaqdır. 

"Mazarina Trade Company” MMC Azərbaycana "Henkel", "Garnier", "Canbebe", "Raid", "Heinz", "Kodak", "Glade", "Camsil", "Avon" və s. məhsulları idxal edir. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->