Xəbər lenti

İdman 15:00 11.01.2024

Milli komandanı aparan təyyarə məcburi eniş etdi, futbolçular huşunu itirdi

Qambiya millisinin futbolçularını daşıyan təyyarə məcburi eniş edib. 

Qyanarinfo xəbər verir ki, bu barədə ölkə Qambiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Federasiya bildirib ki, təyyarə komandanı Kot-d'İvuarda keçiriləcək Afrika Millətlər Kubokuna aparmalı imiş. Lakin texniki nasazlıqlar səbəbindən Bancula (Qambiyanın paytaxtı) qayıdıb.

"Enişdən sonra ilkin araşdırmalar kabinədə təzyiq və oksigen itkisini aşkar edib. Bununla belə, uçuşu həyata keçirən şirkətin texniki qrupu vəziyyəti öyrənməyə davam edir. Təyyarədə olanların hamısı sağdır və yaxşıdır. Biz komandanın Kot-d'İvuara mümkün qədər tez səfər edə bilməsi üçün həll tapmağa çalışırıq", deyə məlumatda bildirilir.

Jurnalist Sane Malanq X sosial şəbəkəsində bir neçə futbolçunun təyyarədə huşunu itirdiyini bildirib. Onun sözlərinə görə, oksigen çatışmazlığı təyyarənin kiçik olması və ekipajın tam heyətlə olması səbəbindən yaranıb.

Qambiyalıların turnirdə ilk oyunu yanvarın 15-də baş tutmalıdır. Milli Seneqalla qarşılaşmalıdır. Qambiya yığması Seneqal, Qvineya və Kamerunla C qrupunda mübarizə aparacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?