Göygöl Milli Parkının baş mühasibi Nihad İlqarlıya hökm oxunub.
Qaynarinfo xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (Mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələrlə mühakimə olunan Nihad İlqarlıya 4200 manat cərimə cəzası təyin edilib.
İttiham aktına görə, Nihad İlqarlı xidməti kompüterindən istifadə etməklə rəsmi sənəd olan ödəniş reyestrlərinə öz adına artıq miqdarda heç bir təsdiqedici sənəd olmadan, əsassız olaraq ezamiyyə, mükafat və digər təyinatlar üzrə ödənişləri yazmaqla həmin sənədləri cinayətdən xəbərsiz Göygöl Milli Parkın direktoruna edərək imza və möhürlə təsdiq olunmasına nail olub. Bununla da vəzifə saxtakarlığına yol verib. Bundan başqa, o, 10 607 manat məbləğində vəsaiti mənimsəyib.
Məhkəmə prosesi zamanı Nihad İlqarlı verilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilib. O, baş verənlərdə Göygöl Milli Parkının direktorunun da rolunun olduğunu bildirib. Parkın direktoru Fuad Quliyev isə ifadəsində baş mühasibin dediklərini təzkib edib.
Seyid
Şərhlər