Xəbər lenti

Millimizin daha bir futbolçusu Avropa klubuna keçdi (FOTO)
İdman 11:46 17.06.2026

Millimizin daha bir futbolçusu Avropa klubuna keçdi (FOTO)

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov karyerasını Rumıniyada davam etdirəcək.

Qaynarinfo xəbər verir ki, "Petrolul" klubu 23 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, klub Azərbaycan millisinin 23 yaşlı futbolçusu ilə razılığa gəlib. Müdafiəçi ilə klub arasında növbəti iki mövsüm üçün qüvvədə olacaq müqavilə imzalanıb.

Müdafiəçi tipli oyunçu olan Cəlal Hakim Hüseynov (boyu 1,85 metr) həm müdafiənin mərkəzində, həm də yarımmüdafiə xəttində çıxış edə bilir. O, ötən mövsümü Bolqarıstanın birinci divizionunda "Arda" klubunda keçirib və çempionat, ölkə kuboku və Konfrans Liqasının seçmə mərhələsi daxil olmaqla ümumilikdə 39 oyunda meydana çıxıb.

Bundan əvvəl futbolçu Azərbaycanda "Zirə" və "Şamaxı" klublarında oynayıb. Hüseynov son beş ildə Azərbaycan milli komandasına mütəmadi çağırılıb və yığmada 26 oyun keçirib. Onun son çıxışı 9 iyunda olub, həmin vaxt San Marino ilə yoldaşlıq görüşündə start heyətində yer alıb.

Aydın

--> -->