Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilib.
	
Qaynarinfo xəbər verir ki, bu raundda ilk olaraq Macarıstan və Mavritaniya seçmələri üz-üzə gəliblər.
 
	
Milli Gimnastika Arenasında keçirilən görüşdə 1:0 hesablı qələbə qazanan avroplalılar yarımfinala yüksəliblər.
	
Qeyd edək ki, Macarıstan finala gedən yolda Bosniya və Herseqovina - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.
	
             
            
Şərhlər