İspaniyanın miqrasiya böhranı fonunda Seutada yerləşdirilən hərbçiləri arasında qaşınma xəstəliyinin yayılması aşkarlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “La Vanguardia” qəzeti məlumat yayıb.
“Seutada yerləşdirilən ən azı 14 hərbçidə qaşınma xəstəliyi aşkarlanıb. Hərbçilər adətən istifadə olunmayan və lazımi sanitar-gigiyenik şəraiti olmayan binalarda yerləşdirilib”, deyə nəşrin məlumatında bildirib.
İyulun 30-da Mərakeşdən gələn on minlərlə miqrant Afrikanın şimal sahilində yerləşən İspaniyanın muxtar şəhəri Seutanın sərhədindən qanunsuz şəkildə keçib.
Hadisə krallığın Ali Məhkəməsinin qanunsuz miqrantların ölkədən dərhal çıxarılmasını qadağan etməsindən və onlara sığınacaq üçün müraciət etmək imkanı verilməsini tələb etməsindən sonra baş verib.
Miqrant axınından bir neçə həftə əvvəl sərhədçilər 70 mindən çox miqrantın ölkəyə gəlməsi ilə bağlı hökuməti xəbərdar edib. Onlar afrikalı miqrantların dəniz yolu ilə gəlişi və vəziyyətin daha da gərginləşməsi ehtimalı ilə bağlı narahatlıqlarını bildiriblər. Lakin İspaniya hökuməti sərhədçilərin xəbərdarlıqlarına məhəl qoymayıb və zəruri tədbirlər görməyib.
Aydın
Şərhlər