Xəbər lenti

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi
Ölkə 16:50 18.12.2025

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub.

Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

"Kim nə yazıb bilmirəm, hadisə qəfil, bir anın içində baş verib. Müşfiq bibisi oğlunun avtomobilində olub, ikincinin bacısını kursdan götürməyə gedirlərmiş. Svetoforda maşın dayananda bibisi olğu onu səsləyib. Səs gəlməyəndə baxıb ki, Müşfiq özündə deyil. Maşını kənara çəkib saxlayıb, nə qədər süni nəfəs veriblər, nəticəsi olmayıb. Tez zəng ediblər uşağın atasına. Aparıblar xəstəxanaya, həkimlər onu 27 dəqiqə həyata qaytarmağa çalışıblar. Amma mümkün olmayıb".

Mirfəyyaz Fəttayev Müşfiq Fəttayevin səhhətində heç bir problem olmadığını əlavə edib:

"Bu günə kimi onun bir yeri belə ağrımayıb, idmançı idi, sapsağlam".

Qeyd edək ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Müşfiq Fəttayev qəfildən dünyasını dəyişib. Müşfiq Fəttayev Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Fəttayevin nəvəsidir.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->