Siyasət 22:45 11.11.2022

Mirzoyan Fransa XİN rəhbəri ilə Azərbaycanla normallaşma prosesini müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya səfəri çərçivəsində həmkarı Katrin Kolonna ilə görüşüb.

Mirzoyan Fransa XİN rəhbərinə Azərbaycanla normallaşma prosesi və sərhədlərin delimitasiyası barədə məlumat verib.

Tərəflər oktyabrın 6-da Praqada keçirilmiş dördtərəfli görüşdən sonra verilən bəyanatın əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.