Xəbər lenti

Dünya 18:24 31.10.2023

Misir fələstinli qaçqınları qəbul etməkdən imtina etdi

Misirin baş naziri Mustafa Madbuli ölkənin Qəzza zolağının sakinlərini Sinay yarımadasında qəbul etməkdən imtina etdiyini təsdiqləyib. 

Qaynarinfo İnterfaks-a istinadən xəbər verir ki, o bu barədə Əl-Ariş şəhərində Şimali Sinayın ağsaqqalları ilə görüşdə bildirib

"Prezident Əbdülfəttah əs-Sisinin dediyi kimi, Misir bizə nəyinsə yüklənməsinə və ya regional problemlərin bizim hesabımıza həllinə icazə verməyəcək”, - deyə Madbuli bildirib. 

O əlavə edib ki, Misir hakimiyyəti yaxın illərdə yarımadanın yenidən qurulmasını maliyyələşdirəcək və onun inkişafı üçün planlarını genişləndirəcək ki, "heç kəs Misirin Sinaydan imtina edəcəyini düşünməsin”. Baş nazirin dediyi kimi, torpaqları qorumaq üçün ölkə "milyonlarla insanı qurban verməyə hazırdır”.

Qeyd edək ki, daha əvvəl Associated Press İsrail kəşfiyyatının planı haqqında məlumat verib. Həmin plana əsasən, Qəzza zolağındakı mülki əhali hərbi əməliyyatların əvvəlində Sinay yarımadasının şimalına köçürülməli idi. Əvvəlcə qaçqınların müvəqqəti çadır şəhərlərində yerləşdirilməsi, sonra onların yerində daimi şəhərlərin salınması nəzərdə tutulurdu.

Sənəddə Qəzza sakinlərinin köçürülməsi üçün digər mümkün bölgələrin adı çəkilir: Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Kanada. Kəşfiyyat planı ilə tanış olan İsrail rəsmisi Associated Press-ə bildirib ki, sənəd məcburi xarakter daşımır və təhlükəsizlik rəsmiləri ilə müzakirə olunmayıb.
Qəzza zolağında İsraillə HƏMAS qruplaşması arasında döyüşlər başlayandan bəri 8 mindən çox insan həlak olub, onların təxminən 70%-i qadın və uşaqlardır. BMT su, su, dərman və yanacaq çatışmazlığı səbəbindən anklavdakı vəziyyəti fəlakətli adlandırır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->