Xəbər lenti

Dünya 12:50 25.12.2023

Misir İsrail və HƏMAS-a Qəzzada məskunlaşma planı təklif etdi

Misir İsrailə və Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında müharibəyə son qoymaq üçün üç mərhələdən ibarət plan təqdim edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Əl-Şərq" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, İsrail hakimiyyəti təşəbbüsü öyrənəcək.

Təklif olunan plana aşağıdakılar daxildir:

* Birinci mərhələ - İki-üç həftəlik humanitar atəşkəsd edilməli, bu müddət ərzində HƏMAS 40 israilli əsir qadın, uşaq və qocanı, İsrail isə eyni kateqoriyadan olan 120 fələstinli məhbusu azad etməlidir. Qəzza sektoru da humanitar yardımla təmin edilməlidir.

* İkinci mərhələ - Qəzzada humanitar yardım məsələlərinə, anklavın bərpasına, habelə Fələstində ümumi prezident seçkilərinin hazırlanmasına nəzarət edəcək texnokratlar hökuməti yaradılmalıdır.

* Üçüncü mərhələ - Tam atəşkəs və əsir götürülmüş bütün İsrail əsgərlərinin azad edilməsidir və tərəflər İsraildən azad ediləcək fələstinli məhbusların sayını da müəyyən etməlidir. Son mərhələ İsrail qoşunlarının Qəzza şəhərlərindən çıxarılmasını və qaçqınların öz evlərinə qayıtmasına icazə verilməsini nəzərdə tutur.

İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail 1,4 min nəfərin öldüyünü bildirir, Fələstin rəsmiləri qurbanların sayını 20 mindən çox hesab edir. Noyabrda tərəflər atəşkəs haqqında razılığa gəlib və bir neçə dəfə uzadıb, lakin dekabrın 1-də İsrail ordusu Qəzzada əməliyyatları bərpa edib. Səbəblərdən biri HƏMAS-ın əsirliyində qalan girovların ailələri tərəfindən hökumətə və hərbçilərə təzyiqlərin artırılması olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->