Misir prezidenti Əbdülfəttah Əs-Sisi sentyabrın 3-də Misir Ərəb Respublikasının Vəqflər Nazirliyi tərəfindən Peyğəmbərin (s.ə.s) Mövlud günü münasibətilə keçirilən tədbirdə Misir Ərəb Respublikasındakı Azərbaycan diasporunun rəhbəri cənab Seymur Rahim oğlu Nəsirovu təltif edib.
Misirin Azərbaycandakı səfirliyindən Qaynarinfo-ya verilən məlumata görə, prezident intellektual və mədəni dəyərlərin təbliğində, tolerantlıq və mötədillik ruhunun yayılmasında müstəsna səylərini və xidmətlərini nəzərə alaraq Nəsirovu birinci dərəcəli Elm və İncəsənət ordeni ilə təltif edib.
Bu təltifetmə, Misir və Azərbaycan xalqları arasında mədəni və intellektual ünsiyyət körpülərinin qurulmasında fəal rolunun və davamlı səylərinin tanınması ilə cənab Nəsirovun üstün mövqeyini təcəssüm etdirir.
Qeyd edək ki, birinci dərəcəli Elm və İncəsənət ordeni Misirin ən yüksək mükafatlarından biridir və yalnız öz möhkəm elmi səyləri ilə intellektual və mədəni həyatı zənginləşməsinə töhfə verən görkəmli alimlərə və maarifpərvər mütəfəkkirlərə verilir.
Şərhlər