İtaliyalı qadın onu 1000 avro aldadan kişini tapmaq üçün Hindistana uçub.
Qaynarinfo xəbər verir ki, bu barədə “India United Press” yazır.
Qadının sözlərinə görə, özünü Hindistanın Qurugram şəhərinin sakini kimi təqdim edən kişi ona romantik maraq göstərməyə və mümkün evlilik barədə danışmağa başlayıb. Qadın ona pul köçürdükdən sonra isə kişi əlaqəni tamamilə kəsib.
Əvvəlcə Bertolini İtaliyada polisə ərizə ilə müraciət edib. Lakin onun sözlərinə görə, iki ölkənin hakimiyyət orqanları arasında qarşılıqlı əməkdaşlığın zəruriliyi səbəbindən araşdırma çox ləng irəliləyib.
Bundan sonra qadın özü Dehliyə uçaraq Qurugram şəhərinin kibercinayətkarlıqla mübarizə bölməsinə müraciət edib. Polis əməkdaşları ilə görüşdən sonra cinayət işi açılıb.
“Mən Qurugramda yaşadığını iddia edən bir şəxsin törətdiyi beynəlxalq dələduzluq barədə məlumat vermək üçün İtaliyadan gəlmişəm”, deyə o bildirib.
Polis şübhəlinin bank məlumatları və texniki informasiyalar əsasında yerini müəyyənləşdirməyə çalışdığını açıqlayıb. Araşdırma davam edir.
Aydın
Şərhlər