Bu gün Moderator.az informasiya portalının fəaliyyətə başlamasından 13 il ötür.
Qaynarinfo xəbər verir ki, mərhum jurnalist Zülfüqar Hüseynzadənin təsisçisi olduğu Moderator.az saytı 2012-ci il noyabr ayının 1-i fəaliyyətə başlayıb.
Sayt bu gün azərbaycan və rus dillərində xəbər yayır. Saytın informasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər öz əksini tapır.
Xatırladaq ki, Zülfüqar Hüseynzadə 2023-cü ilin iyun ayında öz doğma yurdu olan Kəlbəcər rayonunun Başlıbel kəndində vəfat edib.
Qaynarinfo-nun kollektivi adından Moderator.az-da çalışan həmkarları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!
Şərhlər