Rusiya prezidenti Vladimir Putin ölkənin Mavrikidəki səfiri İrada Zeynalovaya diplomatik xidmətin fövqəladə və səlahiyyətli səfir rütbəsini verib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı sərəncam rəsmi hüquqi aktların dərc olunduğu portalda yerləşdirilib.
Putin Zeynalovanı 2024-cü il sentyabrın 13-də Rusiyanın Mavrikidəki səfiri vəzifəsinə təyin etmişdi. Bundan sonra o, jurnalist fəaliyyətini başa vurduğunu açıqlamışdı.
İrada Zeynalova 1997-ci ildə televiziya sahəsində fəaliyyətə başlayıb və "Rusiya" telekanalında yayımlanan "Vesti nedeli" proqramı üçün reportajlar hazırlayıb. 2003-cü ildə o, "Birinci kanal"a keçib.
2012-ci ildən 2016-cı ilin iyul ayınadək Zeynalova "Birinci kanal"da yayımlanan "Voskresnoye vremya" adlı yekun xəbərlər proqramının aparıcısı olub. 2016-cı ilin payızında o, NTV telekanalına keçib və burada da analoji yekun xəbərlər buraxılışını aparıb.
İrada Zeynalovanın atası Aftandil Zeynalov azərbaycanlı, anası Qalina Alekseyevna rusdur.
Aydın
Şərhlər