Vəfat edən şəxsin yığılıb qalan pensiya kapitalının aqibəti necə olacaq? (VİDEO)
Vəfat edən şəxsin pensiya kapitalının bir hissəsi onun vərəsəsinə ödənilə bilər.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, məsələ ilə bağlı artıq təkliflər verilib. Vəfat edən şəxsin pensiya kapitalının 30 faizinin vərəsəsinə verilməsi ilə bağlı müzakirələr gedir.
Millət vəkili əlavə edib ki, digər bir məsələ də yığılan kapitalın pensiya yaşına çatmadan götürülə bilməsi ilə bağlıdır. Artıq bir çox ölkələrdə bu proses icra olunur. Vətəndaşlar müəyyən yaşdan sonra pensiya kapitallarının bir hissəsini istədikləri zaman götürə bilirlər.
Eləcə də vəfat edən şəxsin pensiya kapitalını onun vərəsəsi ala bilir.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər