Xəbər lenti

Moskva danışıqlarından sonra Tramp Putinin
Dünya 11:17 04.12.2025

Moskva danışıqlarından sonra Tramp Putinin "istəklərindən" danışdı

ABŞ prezidenti Donalda Tramp bəyan edib ki, Vladimir Putin guya Ukraynaya qarşı müharibəyə son qoymaq istərdi.

Qaynarinfo xəbər verir ki, bu barədə "Unian” yazır.

ABŞ liderinin sözlərinə görə, belə bir təəssürat onun xüsusi nümayəndəsi Stiv Uitkofda və kürəkəni Cared Kuşnerdə yaranıb. Onlar 2 dekabrda Moskvada səfərdə olublar və Rusiya rəhbəri və onun rəsmiləri ilə görüşüblər.

"Putin bu müharibənin başa çatmasını görmək istərdi. Düşünürəm ki, daha normal həyata qayıtmaq istəyərdi”, deyə Tramp sözügedən görüşü şərh edərkən bildirib.

ABŞ prezidentinin fikrincə, Putin həmçinin "həftədə minlərlə əsgər itirmək” əvəzinə Rusiya və ABŞ arasında ticarət görmək istərdi.

"Güclü təəssürat yarandı ki, o, razılaşma bağlamaq istəyir. Nə baş verəcəyini görəcəyik”, deyə Donald Tramp qeyd edib.

Məlum olduğu kimi, çərşənbə axşamı, 2 dekabrda Moskvada Stiv Uitkoff və Cared Kuşner Vladimir Putin və onun nümayəndələri ilə görüşüblər. Danışıqlar bir neçə saat davam etsə də, nəticəsiz başa çatıb – bunu "Politico” yazırdı.

Təqaüddə olan yüksək vəzifəli diplomat Daniel Frid hesab edir ki, danışıqlar uğursuzluqla nəticələnib. Onun sözlərinə görə, ABŞ-ın yanaşması Rusiyanın hökumət nümayəndəsi Kiril Dmitriyevə danışıqlarda iki dəfə üstünlük qazanmağa imkan verib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->