Xəbər lenti

Mourinyo da Səudiyyə Ərəbistanında işləmək istəyir
İdman 13:42 09.10.2023

Mourinyo da Səudiyyə Ərəbistanında işləmək istəyir

Joze Mourinyo Səudiyyə Ərəbistanında işləmək arzusunu açıq şəkildə ifadə edib.

Qaynarinfo-nun məlumatına görə, yayda Səudiyyə Ərəbistanı klublarından böyük maraq olsa da, Mourinyo tarixdə ən çox maaş alan məşqçi ünvanından imtina etmişdi. O, "Roma" ilə 2024-cü ilə qədər olan müqaviləsini başa vurmağı üstün tutdu. Bununla yanaşı iyulda Mourinyo ölkədəki istedadları üzə çıxarmaq üçün çalışdığı "Mahd Akademiyası"nın idarə heyətinə qatılıb və Ərəbistanda işlədiyi bir gün haqqında danışıb. Mütəxəssis Misir kanalı MBC-yə verdiyi müsahibədə, "Boş vaxtlarımda Səudiyyə Ərəbistanına gedəcəm. Amma əminəm ki, bir gün orada işləyəcəm. Nə vaxt bilmirəm, amma buna tam əminəm. Səudiyyə Ərəbistanında qapılar hər zaman üzümə açıqdır. Orada inkişafı hiss etmək istəyirəm. Kriştiano Səudiyyə Ərəbistanına ilk çatan futbolçu oldu və dərhal fərqli bir perspektiv gətirdi. Oyunçular əvvəlcə bunun bir nəfərlik şou olduğunu düşünürdülər, lakin yayda hər şeyin həqiqətən dəyişdiyini başa düşdülər. Oraya təkcə karyerasının sonunda olanlar deyil, həm də ən yaxşı illərini yaşayan bəzi oyunçular gəlir. Çünki rəqabət realdır. Təkcə yerli liqada deyil, həm də AFC və Çempionlar Liqasında böyük rəqabət var. Buna baxmayaraq, "Roma"dakı işimə sadiqəm və son günə qədər kluba hər şeyimi vermək istəyirəm" - sözlərini söyləyib.

Mourinyonun müqaviləsi 2024-cü ildə başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına gedəcəyi bildirilir. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->