XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Toral Bayramov "Bursaspor"da ilk rəsmi oyununa çıxdı
İdman10:44 10.08.2026

Toral Bayramov "Bursaspor"da ilk rəsmi oyununa çıxdı

Azərbaycan millisinin üzvü Toral Bayramovun da formasını geyindiyi "Bursaspor" Türkiyə 1-ci liqasında yeni mövsümün ilk oyununa çıxıb.
Qaynarinfo xəbər verir ki, Bursa təmsilçisi səfərdə "Bodrumspor"la qarşılaşıb.
Oyun "Bursaspor"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Toral matçın 46-cı dəqiqəsində - komandası 2:0 öndə olarkən meydana daxil olub.
Bu, Toralın "Bursaspor"da ilk rəsmi oyunu olub.
Xatırladaq ki, Toral Bayramov bu ilin iyun ayında "Qarabağ"dan "Bursaspor"a keçib.