Premyer Liqasında 2026/2027 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb.
Bu barədə Qaynarinfo-ya Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən bildirilib.
Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Sabah" klubunun rəsmi müraciətini, "Kəpəz" klubunun rəsmi razılıq məktubunu nəzərə alan PFL ölkənin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq adıçəkilən kollektivlər arasında baş tutacaq birinci və ikinci dövrədəki oyunlarının yerini dəyişib.
14 avqust (cümə)
"Turan Tovuz" – "Qəbələ"
Tovuz şəhər stadionu, 19:30
15 avqust (şənbə)
"Araz-Naxçıvan" – "İmişli"
Qəbələ şəhər stadionu, 18:30
"Sabah" – "Kəpəz"
"Bank Respublika Arena", 20:45
16 avqust (bazar)
"Sumqayıt" – "Neftçi"
"SOCAR Polymer Arena", 19:00
"Zirə" – "Şəfa"
Zirə İdman Kompleksinin stadionu, 21:00
17 avqust (bazar ertəsi)
"Qarabağ" – "Şamaxı"
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30
Qeyd edək ki, I turun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanacaq.
Şərhlər