Sağlamlıq 12:02 02.05.2022

Müəmmalı hepatit: Ancaq uşaqları aparır – Ölənlərin sayı dördə çatdı

Aprel ayında İndoneziyada kəskin hepatitdən üç uşaq ölüb.

Qaynarinfo "Blumberq” saytına istinadla xəbər verir ki, bu barədə İndoneziya səhiyyə naziri bildirib.

Bununla da yeni hepatit virusundan ölən uşaqların sayının dördə çatdığı bildirilir.

Ölüm halları ölkənin paytaxtı Cakarta şəhərində qeydə alınıb. Səhiyyə Nazirliyi uşaqlarda ürəkbulanma, qusma, kəskin ishal, sarılıq, huşunu itirmə kimi simptomlar qeydə alındığını bildirib. Nazirlik həmçinin valideynlərə bu cür hallar müşahidə etdikdə uşaqlarını dərhal xəstəxanaya gətirməyə çağırıb.

Həftəsonu Sinqapurda 10 aylıq körpədə kəskin hepatit müşahidə edilib. Hazırda bu halın dünya boyu yayılan virusla əlaqəli olub olmadığı araşdırılır.

Yeni virusa yoluxma halları əsasən Avropada, xüsusilə Böyük Britaniyada qeydə alınıb.
 
Dünya Səhiyyə Təşkilatı (ÜST) indiyə kimi yeni hepatitdən bir uşağın öldüyünü, onlarla uşağa isə ciyər köçürüldüyü haqqında məlumat yayıb. 

Nurlan Hüseynov