Xəbər lenti

Naməlum “Tesla” modelinin “casus” görüntüləri yayıldı
Dünya 18:55 02.06.2025

Naməlum “Tesla” modelinin “casus” görüntüləri yayıldı

Kaliforniyanın Fremont şəhərində yerləşən "Tesla” zavodunda naməlum "Tesla” prototipi görüntülənib. Bu hadisə ABŞ brendinin yeni avtomobili ilə bağlı ehtimallara səbəb olub. 

Qaynarinfo xəbər verir ki, məlumatı "Electrek” saytı yayıb.

Bildirilir ki, PİL operatoru tərəfindən qeydə alınmış avtomobilin ön və arxa hissəsi kamuflyaj örtüyü ilə gizlədilib.

Müşahidəçilər bu avtomobilin "Tesla”nın "daha əlçatan” qiymətli yeni modeli ola biləcəyini düşünür. Lakin kamuflyaj örtüyü istisna olmaqla, avtomobilin görünüşü adi Model Y ilə eynidir.

"Electrek” mütəxəssisləri ehtimal edirlər ki, bu ya funksiyaları azaldılmış sadələşdirilmiş Model Y, ya da "Model Y Performance”ın yenilənmiş versiyası ola bilər. Xüsusilə sadələşdirilmiş Model Y versiyası, "Tesla”nın daha əlçatan qiymətə avtomobillər istehsal etmək strategiyası ilə üst-üstə düşür.

Qeyd edək ki, Model Y "Tesla”nın ən populyar modelidir. O, bu il ən çox satılan beş avtomobil arasında yer alır və büdсəli Model 3-dən də irəlidədir.

Model Y – kompakt elektrik krossoveri (SUV) olub, Volkswagen Touareg, Nissan Murano və Lexus RX modellərinə bənzəyir. Bu modelin istehsalına 2020-ci ildə başlanılıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->