Xəbər lenti

İdman 10:24 08.08.2023

"Napoli" koreyalını göndərib braziliyalı transfer etdi

"Napoli” yeni transferini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, son İtaliya çempionu Kim Min-Jaenin boşluğunu braziliyalı müdafiəçi Natanla doldurmağa çalışacaq. 

Neapol təmsilçisi Braziliya "Braqantino"sundan transfer edilən müdafiəçi ilə beşillik müqavilə imzalanıb. 

Transfer qiyməti və müqavilənin müddəti ilə bağlı məlumat verilməsə də, İtaliya mətbuatı "Napoli"nin Natan üçün 10 milyon avro xərclədiyini iddia edib.

Peşəkar karyerasına öz "Flamenqo”da başlayan Natan 2022-ci ilin yanvarında "Braqantino”ya keçmişdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->