Amerikalı müğənni Mayli Sayrus 2015-ci ildə çıxardığı "Miley Cyrus & Her Dead Petz" albomunun yazılışı zamanı qadağan olunmuş maddələrdən istifadə etdiyini etiraf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "Independent" nəşrinə danışıb.
Sayrus bildirib ki, o dövrdə narkotik maddələr onun ən böyük xərc maddəsi olub və bu xərcləri mühasibindən gizlətmək üçün onları "retro geyim" adı ilə rəsmiləşdiriblər:
"Narkotik maddələr əsas xərclərim idi. Bu xərcləri mühasibimdən gizlətmək üçün onlara "retro geyim" deyirdik. O, bu qəbzləri konsert turları zamanı mütəmadi olaraq alırdı", deyə Mayli xatırlayır.
Lakin bir müddət sonra mühasib bu qeyri-adi geyim alışlarına maraq göstərməyə başlayıb:
"Hər dəfə mənimlə görüşəndə soruşurdu: "15 min dollara aldığın Con Lennon köynəyi hanı?" Cavab verməli olurdum: "O, yuxarıdadır. İstəyirsən, bir az bax?" Bəli, həmin il çoxlu "retro geyim" almışdım".
Hazırda 32 yaşında olan müğənni həmin dövrü geridə qoyduğuna şad olduğunu və bu təcrübəni heç kimə tövsiyə etmədiyini vurğulayıb.
Aydın
Şərhlər