Xəbər lenti

Alimlər ilk dəfə körpələrin orqanizmində mikrobların faydasını sübut etdi
Sağlamlıq 22:00 09.06.2025

Alimlər ilk dəfə körpələrin orqanizmində mikrobların faydasını sübut etdi

Yeni doğulan körpələrin bədənində formalaşan bəzi mikroorqanizmlər gələcəkdə onları təhlükəli ağciyər infeksiyalarından qoruya bilər. 

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu qənaətə Londondakı Universitet Kolleci və Senger İnstitutunun alimləri gəliblər. 

Qeyd olunur ki, bu nəticə yalnız təbii doğuşla dünyaya gələn körpələrə aiddir. Tədqiqatçılar yaxın gələcəkdə qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlar üçün də uyğun terapevtik üsullar hazırlamağı planlaşdırırlar.

Bu elmi araşdırma ilk dəfə sübut edir ki, faydalı bakteriyalar körpələrdə ağciyər infeksiyaları səbəbilə xəstəxanaya yerləşdirmə riskini iki dəfə azaldır. Alimlər bu kəşfi heyrətamiz adlandırır və onun sayəsində faydalı mikrobların artırılmasına yönəlmiş müalicə üsullarının inkişaf etdiriləcəyini bildirirlər.

Erkən mikroblarla təmas immunitetin inkişafında həlledici rol oynayır

Tədqiqatçılar insan orqanizminin həyatın ilk günlərində bakteriyalar, göbələklər və digər mikroorqanizmlərlə kolonizasiya prosesini araşdırıblar. Onlar həyatlarının ilk həftəsində 1082 yenidoğulmuş körpədən nəcis nümunələri toplayıblar və bu nümunələrdəki bütün DNT-ni təhlil edərək hansı mikrobların olduğunu və onların uşaqlarda yayılma səviyyəsini müəyyənləşdiriblər. Daha sonra alimlər həmin uşaqları iki il ərzində müşahidə edərək xəstəlik tarixçələrini xəstəxana məlumatları vasitəsilə izləyiblər.

Bifidobacterium longum bakteriyası qoruyucu təsirə malikdir

Tədqiqat zamanı məlum olub ki, Bifidobacterium longum adlı bakteriyaya sahib olan körpələrdə ağciyər infeksiyalarına görə xəstəxanaya düşmə riski əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, bu bakteriyaya sahib uşaqların yalnız 4%-i iki il ərzində ağciyər infeksiyası ilə xəstəxanaya yerləşdirilib. Digər bakteriyalarla formalaşmış ilkin mikrobiomaya sahib uşaqlarda bu göstərici təxminən üç dəfə yüksək olub.

Bu, mikrobiomun formalaşmasının infeksiya riski ilə birbaşa əlaqəsini göstərən ilk elmi sübutdur.

Londondakı Universitet Kollecindən professor Naycel Fild bu nəticələri belə şərh edib: "Bu, həqiqətən heyrətamizdir. Belə bir sübut əldə edə bilmək inanılmazdır".

Professor Fildin sözlərinə görə, bu təsiri ya bakteriyaların özləri, ya da onların qida həzmi zamanı ifraz etdiyi birləşmələr yaradır. Bu maddələr immun sistemlə qarşılıqlı əlaqəyə girərək onun necə inkişaf etdiyini və orqanizmin "dost" və "düşmənləri" tanıma qabiliyyətini formalaşdırır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->