Xəbər lenti

Naxçıvandakı stadionda yenidənqurma prosesi niyə gecikir? - Klub rəsmisi açıqladı
İdman 16:34 02.10.2023

Naxçıvandakı stadionda yenidənqurma prosesi niyə gecikir? - Klub rəsmisi açıqladı

"Araz-Naxçıvan” son turlardakı çıxışları ilə diqqət çəkir. Ötən gün səkkizinci tur çərçivəsində qarşılaşdığı turnir cədvəlinin lideri "Zirə”ni də məğlub edən Naxçıvan təmsilçisi ev oyunlarını Mərdəkanda yerləşən "Dalğa Arena”da keçirir. Buna səbəb Naxçıvandakı stadionun standartlara cavab verməməsi və orada yenidənqrurma işlərinin planalaşdırılmasıdır. Bəs son durum necədir, niyə hələ də stadionda təmir işlərinə start verilməyib? Buna mane olan nədir?

Klubun icraçı direktoru Eldəniz Yusubov stadionun son durumu, təmirə nə zaman başlayacaqları ilə bağlı Qaynarinfo-ya açıqlama verib:

"Hələ konkret işlər başlamayıb. Vəsait ayrılıb və buna uyğun işlərin planlaşdırılması nəzərdə tutulub. Yəqin ki, bu ayın ortalarından etibarən stadionla bağlı faəliyyətə başlanılacaq”.

Yusubov təmir işlərinin nə qədər çəkəcəyini bilmədiyini də deyib:

"Konkret heç nə deyə bilmirəm. Bir müddət lazımdır ki, bütün məlumatlar dəqiqləşsin, sonra açıqlama verilər”.

Klub rəsmisi hansı dəyişikliklərin nəzərdə tutulduğu haqda sualı belə cavablandırıb:

"Ən əsası meydança yenilənəcək. Stadionda müəyyən dəyişikliklər nəzərdə tutulub, təmir işləri aparılacaq. Qonaqlar üçün olan tribunlar müasir tələblərə cavab verəcək şəkildə yenilənəcək. AFFA və PFL-in müasir şərtlərinə uyğun stadion hazırlanacaq. Müasir lizenziya tələblərinə əsasən, dəyişikliklər həyata keçirəcəyik yəqin ki. İşıq sistemi yenidən qurulmalıdır. Tabloda dəyişikliklər olmalı, azarkeşlərin rahat giriş-çıxışı üçün şərait yaradılmalıdır. Bunlar hamısı layihələndirilib, sadəcə, prosesə başlamaq qalıb”.

Stadionun təmir olunması məsələsi hələ "Araz-Naxçıvan” Premyer Liqaya vəsiqə qazananda irəli sürülmüşdü. Bəs prosesin gecikməsinə səbəb nə olub?

"Mane olan təşkilati, layihələndirmə işləridir. İki aya yaxındır komandanı götürmüşük. Həmin vaxtdan bəri rəhbərlik bu məsələ ilə ciddi məşğul olur. Müəyyən işlər görülür, sadəcə, texniki məsələlər qalıb”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->