Xəbər lenti

Nazir Agentliyə yeni rəis müavini təyin etdi (FOTO)
Ölkə 17:12 29.12.2025

Nazir Agentliyə yeni rəis müavini təyin etdi (FOTO)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində yeni təyinat olub.

Qaynarinfo-nun məlumatına görə, nazir  Kəmaləddin Heydərovun müvafiq əmri ilə Bəxtiyar Tağıyev sözügedən Agentlikdə rəis müavini təyin edilib. 

Buna qədər Bəxtiyar Tağıyev bu Agentliyin tərkibindəki Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.
 


Əhməd
--> -->