Xəbər lenti

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama
Ekonomiks 12:28 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

"Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir".

Qaynarinfo xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır:

"Hazırda Azərbaycanda mal ətinə tələbatın 83.7%-i, qoyun ətinə tələbatın 94.2%-i, quş ətinə tələbatın isə 82%-i yerli istehsal hesabına ödənilir".

--> -->