Xəbər lenti

Nazir
Foto 08:54 26.11.2025

Nazir "Qarabağ" - "Napoli" oyununu stadiondan izlədi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda "Napoli" - "Qarabağ" qarşılaşmasını izləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Bu, Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli çempionlarımızı beynəlxalq arenada dəstəklədiyini nümayiş etdirən qürurverici an olub", - paylaşımda vurğulanıb.

C. Bayramov da öz səhifəsində paylaşım edib, "Qarabağ"ın Azərbaycanı Avropada qürurla təmsil etdiyini vurğulayıb.

"Oyun başa çatdıqdan sonra "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan "Napoli"yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzuladım", - nazir bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->