Xəbər lenti

Nazirlik Akif Nağıya da
Siyasət 10:19 08.08.2023

Nazirlik Akif Nağıya da "yox" dedi

Ədliyyə Nazirliyi Azad Vətən Partiyasının reysterlə bağlı müraciətini geri qaytarıb.

Bu barədə Qaynarinfo-ya partiya sədri Akif Nağı məlumat verib. 

Sədr bildirib ki, nazirliyə təqdim olunan siyahıdakı 4 min nəfərin üzvlüyü təsdiqlənib:

"Amma bizdə də bəzi partiyalar kimi texniki problemlər yaranıb. Ad-soyad, telefon nömrələri üst-üstə düşməyib. Hazırda həmin problemlərin həlli istiqamətində işlər gedir. Bütün işlər yekunlaşandan sonra yenidən sənədləri Ədliyyə Nazirliyinə tədqim edəcəyik”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->