Ekonomiks 14:45 14.07.2023

Nazirlik deputatın İstirahət Mərkəzindən 1.2 hektar torpaq tələb edir (RƏSMİ)

Lerik rayonunda yerləşən "Relax” İstirahət Mərkəzinin 1.2 hektar sahəsi boşaldıla bilər.

Bu sözləri Qaynarinfo-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəsmisi Sadiq Salmanov deyib. 

Xidmət rəsmisi vurğulayıb ki, istirahət mərkəzi üçün nəzərdə tutulan yerdən əlavə meşə fondu ərazisinə daxil olan 1.2 hektar sahə qeyri-qanuni olaraq zəbt edilib: 

"Hazırda bu ərazilərdə obyektlər də tikilib. Regional Ekologiya İdarəsi tərəfindən sözügedən əraziyə baxış da keçirilib. Hazırda iş Şirvan İnzibati Məhkəməsində "Relax” İstirahət Mərkəzi tərəfindən zəbt edilən 1.2 hektar meşə fonduna aid torpaq sahənin boşaldılması tələb edirik. Sözügedən ərazidə mövcud olan tikilərin sökülməsini və ərazi tam boşaldılmasını istəyirik. Hər şey məhkəmənin qərarından aslıdır”.    

Qeyd edək ki, "Relax” İstirahət Mərkəzi deputat İqbal Məmmədovun nəzarətindədir. 

Əhməd