Xəbər lenti

Neft ehtiyatlarından bazara rekord miqdarda
Dünya 16:42 11.03.2026

Neft ehtiyatlarından bazara rekord miqdarda "qara qızıl" çıxarıla bilər

Beynəlxalq Enerji Agentliyi (IEA) strateji neft ehtiyatlarını açaraq rekord həcmdə neftin satışa çıxarılmasını təklif edib.

Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir. 

Məqsəd İran müharibəsi fonunda enerji qiymətlərinin sürətli artımını dayandırmaqdır. Mənbəyə görə, IEA bazara 300–400 milyon barrel neft buraxmağı təklif edir. Son qərarın 11 mart 2026-cı il qəbul olunacağı gözlənilir.

Fransa maliyyə naziri Roland Leskur bildirib ki, G7 ölkələrinin liderləri neft ehtiyatlarının buraxılması məsələsini müzakirə etməyi planlaşdırır. Bloomberg qeyd edir ki, G7 ölkələri prinsip etibarilə strateji neft ehtiyatlarının açılması da daxil olmaqla "proaktiv tədbirləri” dəstəkləyirlər, lakin konkret tədbirlər barədə açıqlama verilməyib.

IEA məlumatına görə, təşkilatın 32 üzvü 1,2 milyard barrel-dən çox strateji neft ehtiyatına malikdir, o cümlədən ABŞ-ın strateji rezervləri də daxil olmaqla.

İran 2 martda Hörmüz boğazını bağlayıb və İnqilab Keşikçiləri Korpusunun neft tankerinə hücum etdiyi bildirilir. Boğazın bağlanması səbəbindən 9 martda neft qiymətləri dörd illik maksimuma çatıb, daha sonra bir qədər enib. Bu səbəbdən G7 ölkələri strateji rezervlərdən neft çıxarılacağını elan edib ki, qiymət artımını əngəlləsinlər.

Aydın
--> -->