XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Neftçi”dən “Qarabağ”a atmaca
İdman23:00 09.10.2026

“Neftçi”dən “Qarabağ”a atmaca

Misli Premyer Liqasının 7-ci turunda keçirilən “Neftçi” – “Sabah” oyununda meydan sahibləri növbəti turda üz-üzə gələcəkləri “Qarabağ”a söz atıb.

Qaynarinfo xəbər verir ki, qarşılaşma başa çatan kimi Bakı klubunun diktoru növbəti matçın anonsunu verib.

Anonsda “Komandamız növbəti oyununu tarixi arenamız Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”a qarşı keçirəcək” sözləri yer alıb.

Qeyd edək ki, “Qarabağ” uzun müddətdir ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirir.