Xəbər lenti

“Neftçi” paraqvaylı futbolçunu transfer etdi
İdman 11:28 28.08.2023

“Neftçi” paraqvaylı futbolçunu transfer etdi

"Neftçi” növbəti transferini həyata keçirib. 

Qaynarinfio xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Dieqo Qabriel Valdez Samudio ilə 1+1 il şərtli müqavilə bağlanıb. 29 yaşlı futbolçu komandanın heyətində 6 nömrəli formanı geyinəcək.

Dieqo Valdez Paraqvayın "San Lorenzo” (2016-2019), "Sol De Amerika” (2020-2021), "Quarani” (2022-2023), "Qvayrenya” (2023) və Meksikanın "Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib, Paraqvay milli komandasının heyətində 1 oyun keçirib.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi, sol vinger Andre Şinyaşiki və hücumçu Aaron Olanare ilə anlaşıb.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->