Xəbər lenti

Ölkə 12:38 01.03.2024

Nicat Həsənov Sabunçuya rəis təyin edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin sabiq rəisinə yeni vəzifə verilib. 

Qaynarinfo-nun məlumatına görə, Xidmət rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə 1981-ci il təvəllüdlü polkovnik-leytenant Həsənov Nicat Zəfər oğlu rotasiya ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin rəisi təyin edilib. 

Qeyd edək ki, bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon idarəsinin rəisi polkovnik Hüseyn Quliyev Binəqədi rayon idarəsinin rəisi təyin olunub. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->