Xəbər lenti

Niderlanddan Azərbaycana yarım milyon dollar dəyərində heykəl gətirilib
Ölkə 19:05 04.09.2025

Niderlanddan Azərbaycana yarım milyon dollar dəyərində heykəl gətirilib

Bu ilin ilk yarısında Azərbaycana xarici ölkələrdən 22 ədəd heykəl gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən heykəllərin 2-si Yaponiyadan gətirilib və onların yaşı 100 ildən çoxdur.

Qeyd edək ki, yaşı 100 ildən çox olan və Yaponiyadan gətirilən 2 heykəlin gömrük dəyəri 3,99 min dollar olub.

Yaşı 100 ildən az olan daha 20 heykəl isə 6 ölkədən idxal olunub. Bu ilin ilk yarısında ABŞ-dən 1 (20,52 min dollar), Avstarliyadan 1 (8,71 min dollar), BƏƏ-dən 12-i (bir ədədi 2,26 min dollar), Avstriyadan 4 (317 dollar), Fransadan 1 (1,09 min dollar) və Niderlanddan 1 (515,75 min dollar) heykəl gətirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->