Nigeriyanın "Komfort Edge" klubunun futbolçusu Onyema Çukvumaobim Azərbaycana yollanıb.
Qaynarinfo Afrika mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı vinger "Qarabağ"ın dəvəti ilə ölkəmizə gəlib.
Sol cinah oyunçusu bir müddət Ağdam klubunda baxışdan keçiriləcək. Çukvumaobim özünü doğruldarsa, müqavilə imzalanması gözlənilir.
Nigeriyalı hücumçu bəyənilərsə, mövsümün qalan hissəsini klubun akademiyasında keçirəcək. O, aşağı yaş qruplarında çıxış edəcək. Yüksək performans göstərərsə, növbəti mövsüm əsas komandaya cəlb olunacaq.
Şərhlər