Azərbaycanda 30 ildən artıq olar fərdi qaydada qəssab kimi fəaliyyət göstərən şəxs oğurluq etdiyinə görə saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 12 avqust 1967-ci il tarixdə Kəlbəcər rayonunun Qalaboyun kəndində doğulmuş Kənan Əlişovun (ad şərti) Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Kənan Əlişov Siyəzən rayonunun Dərə Zarat kəndində yerləşən, kənd sakinləri arasında "Köhnə yataq" kimi tanınan ərazidə idarə etdiyi "Chevrolet Colorado" minik markalı avtomobillə 15 baş xırdabuynuzlu heyvan oğurlayıb. Ssözügedən əraziyə heyvan almağa gedən qəssab "Köhnə yataq"da sahibsiz 2 erkək, 6 dişi keçi, 1 erkək quzu, 6 qoyun olduğunu görüb. O, 15 baş xırdabuynuzlu heyvanı təkbaşına 30-40 dəqiqə ərzində avtomobilinə yükləyərək yaşadığı ünvana aparıb. Cinayətin üstü açıldıqdan sonra Kənan Əlişov oğurladığı heyvanları zərərçəkmiş F.Q.-ya qaytarıb.
Məhkəmənin hökmü ilə Kənan Əlişova 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Aydın
Şərhlər