Ölkə 15:09 24.08.2022

Oğuzda meşə yanır (FOTO)

Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisində, yüksək dağlıq ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.

Hazırda yanğın davam edir.