2024-cü il Paris Yay Olimpiya Oyunlarında 4x100 metr estafet yarışında qızıl medal qazanan amerikalı yüngül atlet Şa’Karri Riçardson sevgilisinə hücum etdiyinə görə saxlanılıb.
Qaynarinfo xəbər verir ki, məlumatı "AP News" yayıb.
Riçardson dördüncü dərəcəli məişət zorakılığı ittihamı ilə həbs edilib. Hadisədən sonra o, 28 iyul 2025-ci ildə azadlığa buraxılıb.
Polisin təqdim etdiyi müşahidə kamerası görüntülərində Riçardsonun sevgilisinin çantasını çəkdiyi, onun qarşısını kəsdiyi və qulaqcıq kimi görünən bir əşyanı onun üzərinə atdığı qeyd olunub.
Hadisənin digər tərəfi - Riçardsonun sevgilisi özünü qurban saymadığını bildirib və istintaqda iştirakdan imtina edib.
Aydın
Şərhlər